- Offside
- 12:26 26.11.2024
Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatov ikinci dəfə yerli futbol ittifaqının prezidenti vəzifəsinə seçkilərdə iştirak edəcək.
Corner.az-ın məlumatına görə, bu barədə veteran hücumçunun özü Bolqarıstan Teleqraf Agentliyinə açıqlama verib.
Berbatov ölkənin 45 klubu onun namizədliyini irəli sürdüyünü bildirib. Həmin komandaların üçü I divizion təmsilçiləri olduğunu vurğulayıb.
"Əminəm ki, bu dəfə qalib mən olacağam. Rəqiblərimi ölkə futbolunun inkişafı ilə bağlı təqdimat planlarını və proqramlarını açıq şəkildə bəyan etməyə çağırıram".
Prezident seçkiləri martın 18-də baş tutacaq.
Qeyd edək ki, Dimitar Berbatov ötən il də Bolqarıstan Futbol İttifaqının prezidenti vəzifəsinə namizəd olub. Həmin vaxt 230 səs toplayan əfsanəvi futbolçu yekunda Borislav Mixaylova (241 səs) uduzub.