- Offside
- 02:21 23.03.2026
Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb. Corner.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə 3 idmançımız qoşulub. Kəramət Hüseynov yarışa 1/8, Hidayət Heydərovla Rüstəm Orucov 1/16 finaldan başlayıb.
60 kq
Kəramət Hüseynov ilk görüşündə Dauda Dabone (Kot d ivuar) üzərində ippon fəndi ilə qələbə qazanıb. İkinci cəhdində Monqolustan idmançısından üstün olan Hüseynov yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı rəqibinə uduzan Kəramət təsəlliverici görüşə qatılıb. Gürcüstandan olan Jaba Papinaşviliyə də məğlub olan idmançımız 5-ci yerlə kifayətlənib.
73 kq
Hidayət Heydərov debütdə Teo Riquin (Fransa) üzərində qələbə qazansa da, növbəti sınağında Qambiya təmsilçisi Njie Faye ilə dueldən məğlub olub. .
Bu çəkidəki digər təmsilçimiz Rüstəm Orucov isə ilk cəhdində uğursuzluq yaşayıb. O, fransız Benjamin Aksusa ilə dueldə uduzub.
Qeyd edək ki, digər idmançılarımızdan Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri tatamiyə sabah çıxacaq.
***
Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb. Corner.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə 3 idmançımız qoşulub. Kəramət Hüseynov yarışa 1/8, Hidayət Heydərovla Rüstəm Orucov 1/16 finaldan başlayacaq.
60 kq
Kəramət Hüseynov ilk görüşündə Dauda Dabone (Kot d ivuar) üzərində ippon fəndi ilə qələbə qazanıb. İkinci cəhdində Monqolustan idmançısından üstün olan Hüseynov yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı rəqibinə uduzan Kəramət təsəlliverici görüşə qatılacaq.
73 kq
Hidayət Heydərov debütdə Teo Riquin (Fransa) üzərində qələbə qazansa da, növbəti sınağında Qambiya təmsilçisi Njie Faye ilə dueldən mığlub ayrılıb. .
Bu çəkidəki digər təmsilçimiz Rüstəm Orucov isə ilk cəhdində uğursuzluğa düçar olub. O, fransız Benjamin Aksusa uduzub.
Qeyd edək ki, digər idmançılarımızdan Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri tatamiyə sabah çıxacaq.