23 mart 2026. Bazar ertəsi

Portuqaliya Avropa çempionu oldu


  • Offside
  • 23:52 06.02.2022
  • Oxunma sayı: 165
Portuqaliya Avropa çempionu oldu

Niderlandda təşkil olunan futzal üzrə Avropa çempionatı başa çatıb.

Corner.az xəbər verir ki, bu gün Amsterdamdakı “Ziggo Dome”də keçirilən həlledici oyunda Portuqaliya və Rusiya milli komandaları üz-üzə gəlib.

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə qoruya bilməyib. Yekunda 4:2 hesabı ilə qalib gələn Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə məğlub edən İspaniya millisi isə bürünc medalın sahibi olub.

Qazaxıstan millisinin üzvü Brizxan Orazov 7 qolla turnirin bombardiri olub. Ziki (Portuqaliya) isə final mərhələsinin ən yaxşı oyunçusu seçilib.







Offside