6 dekabr 2025. Şənbə

Malta millisinin kapitanı Azərbaycanla oyunu buraxacaq


  • Offside
  • 15:51 07.02.2022
  • Oxunma sayı: 143
Malta millisinin kapitanı Azərbaycanla oyunu buraxacaq

Futbol üzrə Malta millisinin kapitanı Andrey Acius yığmadakı karyerasını başa vurub.

Corner.az Malta Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi qərarını bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

Acius ilk dəfə 2006-cı ildə formasını geyindiyi millidə ümumilikdə 102 görüş keçirib və 2 qol vurub. O, hazırda ölkəsinin "Hibernians" klubunda çıxış edir.

Qeyd edək ki, Malta yığması martın 25-də evdə Azərbaycan milli komandası ilə yoldaşlıq matçı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Offside