6 dekabr 2025. Şənbə

Pekin-2022: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı


  • Offside
  • 10:39 08.02.2022
  • Oxunma sayı: 135
Pekin-2022: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Corner.az xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb.
 
Hazırda 5-ci yerdə gedən Litvintsev 30 konkisürənin qatıldığı yarışda "24-lüy"ə düşməyi vaxtından əvvəl təmin edib və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.
 
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.
 
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-i məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
 






Offside