- Offside
- 12:26 26.11.2024
İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma heyvanlara qarşı amansızlıqda ittiham oluna bilər.
Corner.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçinin pişiyi təpiklədiyi video sosial şəbəkələrdə yayılıb.
Klubun mətbuat xidmətindən "The Sun"a verilən açıqlamada fransalı oyunçunun hərəkətlərinə qarşına göz yummulmayacağı vurğulanıb: "Biz Zuma ilə danışdıq və bu məsələni daxildə həll edəcəyik. Lakin açıq şəkildə söyləmək istəyirik ki, heç bir şəkildə heyvanlara qarşı vəhşiliyə göz yummuruq".
Qeyd edək ki, Kurt Zuma cari mövsüm Premyer Liqada 12 oyuna çıxıb və 1 qol vurub. Onun sözləşməsi 2025-ci ildə başa çatacaq.