- Offside
- 22:26 01.02.2026
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.
Corner.az-ın məlumatına görə, III turdan təxirə salınmış görüşdə "Sərhədçi” “Murov”u qəbul edib.
Qarşılaşma “Murov”un 3:0 (20:25, 18:25, 12:25) hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran komanda liderliyə yüksəlib. Eyni xala malik "Neftçi" ikincidir. "Express" 3 xalla üçüncü pillədə qərarlaşıb. Xalı olmayan "Sərhədçi" isə autsayderdir.