Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib. Corner.az xəbər verir ki, 21 yaşlı idmançı yarışı 239.19 xalla 18-ci pillədə başa vurub.
Litvintsev sərbəst proqramda 155.04 xal, qısa proqramda isə 84.15 xala layiq görülüb.
Olimpiya çempionluğunu 332.60 xalla ABŞ-ı təmsil edən Netan Çen qazanıb. Yaponiyalı Yuma Kaqiyama (310.05) ikinci, onun həmyerlisi Uno Şoma (293.00) üçüncü olub.
Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.