26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisi ilə oyun qardaş qırğınına bənzəyirdi


  • Offside
  • 10:39 10.02.2022
  • Oxunma sayı: 151
Azərbaycan millisi ilə oyun qardaş qırğınına bənzəyirdi

"Bu, qardaş qırğınına bənzər oyun idi".

Corner.az xəbər verir ki, bunu Gürcüstan millisinin futzalçısı Roninyo Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.

Belçikanın "Halle Gooik" klubunda çıxış edən 34 yaşlı oyunçu Azərbaycan yığmasındakı komanda yoldaşı Eduardo Borgeslə matçdan əvvəl söhbət etdiyini də vurğulayıb: "Əvvəlcə gülə-gülə dedik ki, hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizə yaraşar. Hər ikimiz tam gücümüzü ortaya qoysaq da, meydanda qəribə hiss var idi".

Braziliya əsilli oyunçu Gürcüstan seçməsinin ilk dəfə qitə çempionatında iştirak etdiyi sözlərini də əlavə edib: "İspaniya, Azərbaycan, Bosniya və Herseqovina ilə çox çətin qrupa düşmüşdük. İlk Avropa çempionatımızda 1/4 finala yüksələ bildik. Bu, ölkə üçün əla idi. Ancaq 1/4 finalda Rusiyaya uduzduq (1:3). Onlar isə finalda Portuqaliyaya məğlub oldular".

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub.







Offside