23 mart 2026. Bazar ertəsi

Overmarsdan sonra Donni də zorakılıqda ittiham olunur


  • Offside
  • 15:55 11.02.2022
  • Oxunma sayı: 218
Overmarsdan sonra Donni də zorakılıqda ittiham olunur

“Ayaks” klubunun futbolçusu Donni Varmerdam cinsi təcavüzdə ittiham olunur.

Corner.az xəbər verir ki, bu barədə niderlandlı jurnalist Dennis Şuten məlumat yayıb. Şuten, Donninin 18 yaşlı qıza cinsi zorakılıq etdiyini yazıb:

“Qız mənə 6 ay əvvəl bir partidə Donni tərəfindən cinsi zorakılığa məruz qaldığını söylədi. O, vəziyyəti polisə izah edib və həqiqəti ortaya çıxarmaq üçün məhkəmədən istəyib. 6 ay əvvəl Vurhutda bir partidə onlar əvvəlcə öpüşüblər və sonra ikinci mərtəbəyə qalxıblar. Qız daha artıq bir şey istəmədiyini deməsinə baxmayaraq, Donni buna məhəl qoymayaraq qıza təcavüz edib. Şəkillərə baxanda Donninin qızın şalvarını cırıq-cırıq etdiyini gördüm. Təxminən 3 dəqiqə sonra qız vəziyyətdən çıxaraq məclisi tərk edib.Qız ona açıq şəkildə yox desə də bu hadisəyə görə çox ağladığını dedi.Mən soruşdum ki, sübut varmı? O, partidən ağlayaraq ayrıldığını görən insanlardan nə baş verdiyini soruşa biləcəyimi dedi.”.

Qeyd edək ki, Donni Varmerdam “Ayaks”ın B komandasında çıxış edir.

Əlavə edək ki, Niderland klubunda bir müddət əvvəl idman direktoru Mark Overmars qadın həmkarlarına qeyri-etik mesajlar yazdığı üçün vəzifəsindən göndərilmişdi.








Offside