6 dekabr 2025. Şənbə

İki hakimimiz ali beynəlxalq kateqoriyaya yüksəldi


  • Offside
  • 22:21 11.02.2022
  • Oxunma sayı: 149
İki hakimimiz ali beynəlxalq kateqoriyaya yüksəldi
Azərbaycan güləşi daha bir uğura imza atıb. Corner.az xəbər verir ki, 2 hakimimiz ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb. 
 
Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar verib. Ali qurum ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib referilərimizin sayı 3-ə çatıb. Xatırladaq ki, Tokio-2020-də ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.
 
Qeyd edək ki, Olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə sahib olan hakimlər idarə edir.







Offside