Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun ilk matçı “Neftçi” və “Sərhədçi” arasında olub.
Görüş “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:16 hesabı ilə aktinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:17, 25:11.
V turun son matçında MOİK "Ekspress”lə qarşılaşıb. MOİK birinci seti 25:19 hesabı ilə qalib gələrək oyuna daha inamlı başlayıb. Eldar Əliyevin komandasının ilk hissədəki qələbə sevinci sonrakı setlərdə də davam edib. MOİK ikinci hissəni 25:18, üçüncü hissəni isə 25:15 hesabı ilə qalib gəlib.
Beləliklə, "Neftçi" xallarının sayını 9-a çatdırıb. MOİK-in 6, “Ekspress”in 3, “Murov”un 6 xalı var. “Sərhədçi” komandasının isə hələ də xalı yoxdur.