Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I və IV turdan təxirə salınan oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, qarşılaşmalar fevralın 14- da “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Günə saat 15:00 –da IV turdan təxirə salınan “Sərhədçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da isə l turun “Murov” – “Ekspress” matçı başlayacaq.
Məlumat üçün bilirək ki, bu görüşlərdən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının I dövrə oyunları yekunlaşacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.