26 noyabr 2024. Çərşənbə axşamı

Zalsburq'un üzvü Azərbaycana deportasiya olunur


  • Offside
  • 13:08 14.02.2022
  • Oxunma sayı: 143
Zalsburq'un üzvü Azərbaycana deportasiya olunur
Avstriyanın “Zalsburq” klubunda çıxış edən stolüstü tennisçi Hüseyn Səlimov ailəsi ilə birgə Azərbaycana deportasiya olunacaq. Corner.az “sn.at” portalına istinadən xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Valter Vindişbauer açıqlama verib.
 
Klub rəsmisi, Səlimovlar ailəsi fevralın 15-də deportasiya ediləcəyini bildirib. O, Hüseyn Səlimovun hazırda ən yaxşı stolüstü tennisçilərdən biri olduğunu bildirib:
 
“Şənbə günü günortadan sonra altı polis məmuru ailəni Alpenştrassedəki sığınacaqdan götürərək Zalsburq şəhərindəki orqanlara aparıb”.






Offside