26 noyabr 2024. Çərşənbə axşamı

Dinamo Kiyev klubu Türkiyədə qaldı – Müharibə ehtimalına görə


  • Offside
  • 15:01 14.02.2022
  • Oxunma sayı: 181
Dinamo Kiyev klubu Türkiyədə qaldı – Müharibə ehtimalına görə
Rusiya ilə Ukrayna arasında müharibənin hər an başlaya biləcəyi xəbərləri gündəmi zəbt etdiyi vaxtda Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku komandası ilə bağlı vacib bir addım atıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 76 yaşlı mütəxəssisin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandası Kiyevə qayıtmayacaq.Öncəki plana görə, Kiyev “Dinamo”su Antalyadakı təlim-məşqdən qayıdıb bir neçə günlük istirahətdən sonra ikinci təlim-məşq toplanışına başalaycaqdı.
 
Bir neçə günlüyə ölkəsi Rumıniyaya gedən Luçesku sonradan təkrar Antalyaya qayıdacaq. “Dinamo” ikinci bir qərar verilənə qədər Antalyadan ayrılmayacaq.
 
Ukraynada mövsümün ikinci hissəsinin fevralın 25-də start götürməsi planlaşdırılıb.






Offside