2 fevral 2026. Bazar ertəsi

Abramoviç Ukraynaya görə bir günə 778 milyon avro itirib


  • Offside
  • 10:56 15.02.2022
  • Oxunma sayı: 158
Abramoviç Ukraynaya görə bir günə 778 milyon avro itirib

İngiltərənin "Çelsi" klubunun rusiyalı sahibi Roman Abramoviç Rusiya -Ukrayna arasındakı vəziyyətə görə bir günə 778 milyon avro itirib.

Corner.az "The Sun"a istinadən xəbər verir ki, "Evraz" poladəritmə qrupunun səhmləri London fond birjasında 29 faizə düşüb. Səhmdarlar Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalardan ehtiyatlanıblar.

Daha əvvəl bir sıra ölkələrin öz vətəndaşlarına təhlükəsizliklə əlaqədar Ukraynanı təcili tərk etməyi düşündüklərinə dair xəbərlər yayılıb.

55 yaşl funksioner "Çelsi"ni 2003-cü ildə satın alıb. Ötən müddətdə "zadəganlar" 4 dəfə İngiltərə çempionu, hərəyə 2 dəfə Çempionlar Liqası və Avropa Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə Liqa Kubokunun və 2 dəfə İngiltərə Super Kubokunun qalibi olub.








Offside