23 mart 2026. Bazar ertəsi

Pekin-2022: Azərbaycan təmsilçisi finala yüksəldi


  • Offside
  • 20:04 15.02.2022
  • Oxunma sayı: 154
Pekin-2022: Azərbaycan təmsilçisi finala yüksəldi
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə start verib. Corner.az xəbər verir ki, 19 yaşlı idmançı qısa proqramda 61.82 xala layiq görülüb.
 
Bu nəticə ilə o, 30 iştirakçı arasında 16-cı yeri tutub. Bununla da Ryabova ən yaxşı 24 iştirakçı arasına düşməyi və final mərhələsinə vəsiqəni təmin edib. Konkisürənimiz fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən ediləcək.
 
Xatırladaq ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.






Offside