- Offside
- 12:26 26.11.2024
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Türkiyə və Serbiya yığmaları arasında keçiriləcək dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma fevralın 23-də İzmirdəki “Gürsel Aksel” stadionunda gerçəkləşəcək.