26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan cüdoçuları koronavirusa yoluxdu


  • Offside
  • 11:35 17.02.2022
  • Oxunma sayı: 188
Azərbaycan cüdoçuları koronavirusa yoluxdu

Azərbaycan millisinin cüdoçuları Rüstəm Orucov və Murad Fətiyev İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədən əvvəl koronavirusa yoluxub.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, yığma üzvlərindən Tel-Əviv şəhərinə çatdıqdan sonra növbəti dəfə PCR testi götürülüb.

Testləri pozitin çıxan Orucovla Fətiyev yarışa buraxılmayacaq. Oteldə təcrid olunan cüdoçular İsrail hökumətinin qaydalarına əsasən 5 gün karantində qalacaqlar. Onlar hazırda özlərini yaxşı hiss edirlər və həkim nəzarəti altındadırlar.

Azərbaycan yığmasının daha bir üzvü Elcan Hacıyevdə turnirə yollanmamışdan əvvəl koronavirus aşkarlanıb və idmançı yarış siyahısından çıxarılıb.

Qeyd edək ki, bu gün start veriləcək Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq.(report)







Offside