8 dekabr 2025. Bazar ertəsi

Azərbaycan kubokunda 1/4 finala yüksələn 3 komanda bilindi


  • Offside
  • 23:43 19.02.2022
  • Oxunma sayı: 154
Azərbaycan kubokunda 1/4 finala yüksələn 3 komanda bilindi
Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
 
Bakı İdman Sarayındakı ilk matçda Yüksək Liqanın iki təmsilçisi - EKOL ilə “Recor” qarşılaşıb. İlk hissədə rəqib qapısından 2 top keçirən EKOL mərhələ adlayan tərəf olub. Qış fasiləsində heyətini gücləndirən “Alyans Qrup” U-19-dan üstün olub.
 
“Forza Neftçi” – “Xilə” matçı isə başa çatmayıb. Belə ki, Birinci Liqanın lideri hesabda 12:2 öndə olan zaman “Xilə”nin qapıçısına tibbi yardım göstərilməsi üçün həkim meydana daxil olub və qaydalara görə qapıçı meydanı tərk etməli olub. Yüksək Liqa təmsilçisinin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı dayandırıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.
 
Günün son duelini isə Yüksək Liqa təmsilçisi qazanıb. “Baku Fire” “İSMA M.A Baku”nu məğlub edib.
 
Azərbaycan kuboku
1/8 final
19 fevral
 
EKOL – Record 2:0
 
Alyans Qrup – U-19 12:4
 
Forza Neftçi – Xilə 12:2 (oyun başa çatmayıb)
 
Baku Fire – İSMA. M.A. Baku 7:3
 
Mərhələnin qalan 4 oyunu sabah - fevralın 20-də keçiriləcək.
 
Advokat – Alyans (Lənkəran)
Bakı İdman Sarayı. Saat 14:00 
 
Baker Tilly – Araz-Naxçıvan
Bakı İdman Sarayı. Saat 16:00
 
Bibi-Heybət – STAR kargo-2
Bakı İdman Sarayı. Saat 18:00
 
Neftçi İK – Atletiko Baku
Bakı İdman Sarayı. Saat 20:00






Offside