26 noyabr 2024. Çərşənbə axşamı

Cüdoçumuzun körpücük sümüyü çıxıb


  • Offside
  • 12:22 21.02.2022
  • Oxunma sayı: 122
Cüdoçumuzun körpücük sümüyü çıxıb
İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə zədələnmiş Azərbaycan cüdoçusu Kəramət Hüseynovun körpücük sümüyü çıxıb. Corner.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında 24 yaşlı idmançının özü məlumat verib.
 
60 kq çəki dərəcəsində yer alan cüdoçu yarımfinalda qazaxıstanlı Baurjan Nabayev ilə görüşdə zədələndiyini xatırladıb: "Rəqibə əks fənd etdim və vazari xalı aldım. Qola qırıcı fənd etmək istəyirdim. Lakin bəxtsizlik oldu və çiynimin üzərinə düşdüm. Nəticədə hakim görüşü dayandıraraq, qələbəni rəqibə verdi, mən isə yarışa davam edə bilmədim".
 
Hüsenyov qarşıdakı Avropa çempionatına hazırlaşacağını söyləyib: "Zədəmi müalicə etməyim lazımdır. Ya əməliyyat olunacaq, ya da müalicə alacağam. Məsələyə bu gün həkim rəyindən sonra aydınlıq gələcək. Avropa çempionatına hazırlaşmaq lazımdır".
 
Qeyd edək ki, Kəramət Hüseynov qazaxıstanlı Maqjan Şamşadinlə 3-cü yer uğrunda qarşılaşmada iştirak etmədiyi üçün 5-ci yerlə kifayətlənib. Avropa çempionatı 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.






Offside