26 noyabr 2024. Çərşənbə axşamı

Emreli'nin döyüldüyü hadisə ilə bağlı araşdırmanın nəticəsi açıqlandı


  • Offside
  • 22:18 21.02.2022
  • Oxunma sayı: 144
Emreli'nin döyüldüyü hadisə ilə bağlı araşdırmanın nəticəsi açıqlandı

Polşa polisi "Legiya" klubunun futbolçularının azarkeşlərin hücumuna məruz qalması ilə bağlı insidentin araşdırmasını yekunlaşdırıb.

Corner.az xəbər verir ki, hüquq mühafizə orqanları hadisə nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.

Şahidlərin dindirildiyi və heç kimin şikayətçi olmadığı vurğulanıb. Bu səbəbdən də işin bağlandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın 18-ci tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Azərbaycan millisinin hücumçusu Mahir Emrelini, həmçinin braziliyalı futbolçu Lukinyası döyüblər. 







Offside