23 mart 2026. Bazar ertəsi

Azərbaycanlı hakimə növbəti beynəlxalq təyinat


  • Offside
  • 16:05 23.02.2022
  • Oxunma sayı: 145
Azərbaycanlı hakimə növbəti beynəlxalq təyinat
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib. Corner.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev fevralın 24-də keçiriləcək “Çağırış kuboku”nun yarımfinal matçını idarə edəcək.
 
Hacıyev Türkiyədə Mimar Sinan İdman salonunda qadın voleybolçular arasında “Aydın BB SK” (Türkiyə) - “Savino Del Bene” (İtalya) klublarının qarşılaşmasında ikinci hakim olacaq. Matçın birinci hakimi vəzifəsini serbiyalı Tomislav Popoviç yerinə yetirəcək.






Offside