- Offside
- 16:46 07.12.2025
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun matçları keçirilib.
Corner.az-ın məlumatına görə, tura “Neftçi” - MOİK qarşılaşması ilə start verilib. Görüşdə "ağ-qaralar" 3:0 (25:13, 25:14, 25:16) hesabı ilə qələbə qazanıb.
Digər görüşdə isə "Ekspres" "Murov"a oxşar hesabla məğlub olub- 0:3 (19:25, 18:25, 12:25). Qonaqlar bu qələbədən sonra xalını 14-ə yüksəldərək liderliyi ələ keçirib.
İkinci pillədə 13 xalı olan "Neftçi" qərarlaşıb. MOİK 12 xalla 3-cü, "Ekspress" 3 xalla 4-cüdür. Xalı olmayan sərhədçi isə sonuncudur.