- Offside
- 16:46 07.12.2025
Türkiyə futbolunun canlı əfsanəsi Tanju Çolakın Naxçıvana səfəri yekunlaşıb.
Corner.az xəbər verir ki, 58 yaşlı veteran futbolçu səfərin üçüncü günü Naxçıvan Biznes Mərkəzində olub.
Daha sonra gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov və federasiyanın idarə heyətinin üzvləri ilə görüş baş tutub. Naxçıvanda futbolun inkişafı ilə əlaqədar təklif və dəyərləndirmələr aparılıb.
Günün ikinci yarısında keçmiş hücumçu ilə V.Abbasov, eləcə də federasiyanın idarə heyətinin iştirakı ilə Uzunoba gölünün ətrafındakı Təlim-Məşq İdman kompleksində dostluq matçı keçirilib.