Fevralın 26-da Polşanın paytaxtı Varşavada start götürəcək cüdo üzrə Açıq Avropa turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Corner.az xəbər verir ki, 2 gün davam edəcək yarışda 13 idmançı qüvvəsini sınayacaq.
Böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət yığmada Əhməd Yusifov, Rövşən Əliyev Nazir Talıbov (hamısı 60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (hamısı 66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (hər ikisi 90 kq), İmran Yusifov və Camal Feyziyev (hər ikisi +100 kq) yer alıb.
Açıq Avropa turnirində 34 ölkədən 493 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaq.