- Offside
- 12:26 26.11.2024
"Mən qorxaq deyiləm və Kiyevi tərk etməyəcəyəm, Rumıniyaya qayıtmayacağam".
Corner.az xəbər verir ki, bunu Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku "Tribun Dergi"yə açıqlamasında deyib.
76 yaşlı mütəxəssis Ukraynada bütün idman tədbirlərinin 30 gün müddətinə dayandırıldığını bildirib: "Ümid edirəm ki, axmaqların başlatdığı mübaribə qısa zamanda dayandırılacaq. Heç vaxt müharibənin başlayacağını heç düşünməmişəm".
Qeyd edək ki, Ukrayna Premyer Liqası ölkədəki hərbi vəziyyətlə əlaqədar dayandırılıb.