Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Şalke” klubu formasındakı “Qazprom” şirkətinin reklamından imtina edib. Corner.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun belə bir addım atmasına səbəb Rusiyanın Ukraynaya hücum etməsi göstərilib. “Şalke” bundan sonra formalarının üzərində klubun adının yazılacağını bəyan edib.
Rusiyaya məxsus olan “Qazprom” enerji şirkəti 2007-ci ildən “Şalke”yə titul sponsorluğu edirdi.
Sonda onu da qeyd edək ki, “Şalke”də Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov da forma geyinir