26 noyabr 2024. Çərşənbə axşamı

UEFA Rusiyanın Ukraynaya hücumunu pislədi


  • Offside
  • 01:39 25.02.2022
  • Oxunma sayı: 115
UEFA Rusiyanın Ukraynaya hücumunu pislədi
UEFA Rusiyanın Ukraynaya hücumunu pisləyib. Corner.az xəbər verir ki, qitə futbol qurumu bununla bağlı bəyanat yayıb:
 
“Beynəlxalq ictimaiyyətin Avropadakı təhlükəsizliklə bağlı vəziyyətə dair ciddi narahatlığını bölüşür və Rusiyanın Ukraynaya davam edən hərbi müdaxiləsini qətiyyətlə qınayırıq. Qitə futbolunun rəhbər orqanı kimi UEFA ümumAvropa dəyərlərinə uyğun olaraq, bu idman növünün inkişafı və populyarlaşması naminə dayanmadan çalışır. Həmin dəyərlərə Olimpiya Xartiyası ruhunda sülh və insan haqlarına hörmət də daxildir. Biz hələ də Ukrayna futbol ictimaiyyəti ilə tam həmrəylikdə qərarlıyıq və Ukrayna xalqına əl uzatmağa hazırıq. Bu situsiya ilə maksimal ciddiyyətlə və təcili qaydada məşğuluq”.
 
UEFA müvafiq qərarları İcraiyyə Komitəsinin qəbul edəcəyini və onların fevralın 25-də açıqlanacağını bildirib.






Offside