- Offside
- 12:26 26.11.2024
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində növbəti uğuruna imza atıb.
Corner.az-ın məlumatına görə, 28 yaşlı blokçunun komandası MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub.
“Vaşaş” Vyanada keçirilən yarışın finalında Sloveniyanın “Kalsit” klubu ilə qarşılaşıb. Macarıstan təmsilçisi rəqibinə çətinlik çəkmədən qalib gəlib - 3:0 (25:22, 25:16, 25:19).
Bununla da Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” mövsümdə ilk beynəlxalq kuboku qazanıb.