- Offside
- 12:26 26.11.2024
UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb.
Corner.az-ın "The New York Times" nəşrinə istinadən məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib.
Bura klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. Hazırda qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva "Spartak"ının Avropa Liqasının 1/8 finalındakı ev matçıdır.
UEFA martın 24-də Moskvada Rusiya və Polşa arasında oynanılacaq dünya çempionatının pley-off mərhələsinin yarımfinal görüşünün də başqa ölkəyə keçirilməsi üçün FIFA-ya təzyiq göstərmək niyyətindədir.