Avropa Liqasının 1/16 finalında “Olimpiakos”la oyunda (3:0) dubla imza atan “Atalanta”nın ukraynalı hücumçusu Ruslan Malinovski ölkəsinə dəstək mesajı göndərib. Corner.az xəbər ki, 28 yaşlı futbolçu vurduğu qoldan sonra formasının altında geyindiyi “Ukraynada müharibəyə yox” yazısını göstərib.
Malinovskiyə yanında olan türkiyəli futbolçu Merih Demiral da dəstək verib. Türk futbolçu da oyundan sonra isə həmin anı əks etdirən fotonu sosial şəbəkədə “Müharibəni dayandırın” yazısı altında paylaşıb.