- Offside
- 12:26 26.11.2024
Ukraynanın “Dinamo” (Kiyev) klubunun baş məşqçisi Mirça Luçesku Kiyevi tərk edib.
Corner.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 76 yaşlı mütəxəssisin paytaxtdan ayrılmasını tövsiyə edib. Luçesku klub rəhbərliyi ilə görüşdən sonra şəxsi avtomobili ilə Kiyevi tərk edib.
Rumıniyalı mütəxəssis daha əvvəl Kiyevdən getməyəcəyini açıqlamışdı.
Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə bu ölkənin futbol üzrə çempionatları dayandırılıb.