- Offside
- 12:26 26.11.2024
"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Con Toşak reanimasiyaya yerləşdirilib.
Corner.az "El Diario Vasco" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 72 yaşlı mütəxəssisin koronavirusa yoluxması olub.
Toşakın səhhəti son bir neçə saat ərzində pisləşib. Həkimlər onda ağır pnevmoniya olduğunu təsdiqləyiblər. Uelsli mütəxəssis hazırda həyat yoldaşı ilə birlikdə İspaniyanın Barselona şəhərindəki xəstəxanadadır.
Qeyd edək ki, Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. Təcrübəli mütəxəssis "Real Madrid" klubuna və Uels yığmasını da çalışdırıb