- Offside
- 12:26 26.11.2024
Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik şəxsi "İnstaqram" hesabında yeni paylaşım edib.
Corner.az-ın məlumatına görə, 33 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.
Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsi də qoyub.
Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.