- Offside
- 15:58 31.10.2024
İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç Belarusun paytaxtı Minskdə Ukrayna və Rusiya arasında keçirilən danışıqlar prosesində iştirak edir.
Corner.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak özünün teleqram kanalında məlumat paylaşıb.
O, 55 yaşlı funksionerin münaqişənin həlli üçün tərəflərlə danışıqlar apardığını bildirib.
Qeyd edək ki, daha əvvəl "The Sun" nəşri Roman Abramoviçə Böyük Britaniyada yaşamağın qadağan edildiyini yazıb.