23 mart 2026. Bazar ertəsi

Pele xəstəxanadan evə buraxıldı


  • Offside
  • 10:42 01.03.2022
  • Oxunma sayı: 120
Pele xəstəxanadan evə buraxıldı

Braziliyalı əfsanəvi futbolçu Pele San-Pauludakı xəstəxanadan evə buraxılıb.

Corner.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, həkimlər 81 yaşlı keçmiş hücumçunun vəziyyətinin stabil olduğunu bildiriblər.

Pelenin bağırsaqlarındakı şiş sağalsa da, o, müalicəsini davam etdirəcək.

2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.







Offside