23 mart 2026. Bazar ertəsi

Yüksək Liqada növbəti turun proqramı açıqlandı


  • Offside
  • 17:17 01.03.2022
  • Oxunma sayı: 112
Yüksək Liqada növbəti turun proqramı açıqlandı
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, 2-ci dövrənin 9-cu turunun oyunları martın 3-də keçiriləcək.
 
Günün ilk qarşılaşmasında, saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu oyundan üç saat sonra “Ekspress”– “Sərhədçi” görüşünə start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olacaq.
 
Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.






Offside