26 noyabr 2024. Çərşənbə axşamı

Millimizin futbolçusu: Ukraynanı tərk etmək fikrim yoxdur


  • Offside
  • 17:23 01.03.2022
  • Oxunma sayı: 125
Millimizin futbolçusu: Ukraynanı tərk etmək fikrim yoxdur
“Ukraynanı tərk etmək fikrimiz yoxdur, sonadək burada qalacağıq”. Corner.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Ukraynanın “Kolos” komandasının futbolçusu Anatoli Nuriyev ölkədəki vəziyyət barədə danışarkən deyib.
 
Hazırda ailəsi ilə birlikdə Mukaçevo şəhərində olduğunu bildirən 26 yaşlı hücumçu, hələlik sözügedən bölgədə nisbi sakitlik hökm sürdüyünü söyləyib:
 
“Yaxınlarımdan orduya qoşulan yoxdur. Özümə gəlincə, bu suala cavab verə bilmərəm. Ümid edirəm ki, tezliklə bu kabus bitəcək”.
 
Forvard müharibə ilə əlaqədar Azərbaycana gəlmək fikrində olmadığını vurğulayıb:
 
“Bu xəbər doğru deyil. Hazırda gümdəmdə belə bir məsələ yoxdur. İnanıram ki, insanlar danışıqlar yolu ilə ortaq məxrəcə gələcəklər və müharibə dayanacaq”.
 
Nuriyev milli komandanın baş məşqçisi Canni De Byazinin onunla əlaqə saxladığını bildirib:
 
“Vəziyyətimlə maraqlandı. Millinin qarşıdakı toplanışına qoşulub-qoşulmayacağımı bilmirəm. Hazırda o ab-havada deyiləm. Amma hər şey fiziki durumumdan və ölkədəki vəziyyətdən asılı olacaq”. (Report)
 
Anatoli Nuriyev 2021-ci ilin martından Azərbaycan yığmasında çıxış edir.






Offside