26 noyabr 2024. Çərşənbə axşamı

Daha 2 idman növü Rusiya ilə bağlı qərarını verdi


  • Offside
  • 17:42 01.03.2022
  • Oxunma sayı: 110
Daha 2 idman növü Rusiya ilə bağlı qərarını verdi

Bu il kişi voleybolçular arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.

Corner.az-ın məlumatına görə, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FIVB) verib.

FIVB Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu addımı atıb.

Turnir 26 avqust - 11 sentyabrda təşkil olunacaq. Yeni ev sahibinin adı daha sonra açıqlanacaq.

***

Yeri gəlmişkən, Beynəlxalq Xizək Federasiyası (FIS) Rusiya və Belarus idmançılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı xəbər yayıb. Məlumatda, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin çağırışından sonra qəbul olunduğu vurğulanıb.

Qərar ən azı 2021/2022 mövsümünün sonunadək qüvvədə olacaq.







Offside