- Offside
- 15:58 31.10.2024
"Biz III Dünya Müharibəsinin selini dayandıracağıq".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin ukraynalı sabiq voleybolçusu Polina Rəhimova şəxsi feysbuk hesabında yazıb.
32 yaşlı oyunçu hər şeyin tezliklə bitəcəyinə ümid etdiyini bildirib: "Bu, baharın ilk günüdür. Amma mənim vətənimdə 6-cı gündür. Burada hesablamalar müharibə günlərinə əsasən aparılır. Ümid edirəm ki, hər şey tezliklə bitəcək. Ukraynaya və qəhrəmanlarına eşq olsun! Bütün dünya bizimlədir. Bunun üçün təşəkkür edirəm. Bizə köməyə davam edin".
Qeyd edək ki, Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.