10 dekabr 2025. Çərşənbə

Ukraynada daha bir futbolçu həyatını itirdi


  • Offside
  • 13:59 02.03.2022
  • Oxunma sayı: 148
Ukraynada daha bir futbolçu həyatını itirdi
Ukraynanın “Karpat” klubunun futbolçusu Vitali Sapilo Rusiya silahlıları ilə döyüşdə həlak olub. Corner.az xəbər verir ki, 2-ci divizion təmsilçisinin 21 yaşlı futbolçusu Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb.
 
Sapilo Kiyevin müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və daha sonra həyatını xilas etmək mümkün olmayıb.
 
Daha öncə Ukraynanın “Qostomel” komandasının futbolçusu Dmitri Martinenko da yaşadığı bina bombalandığı üçün anası ilə birgə dünyasını dəyişmişdi.






Offside