31 oktyabr 2024. Cümə axşamı

Rusiya və Belarusa Pekin-2022-də iştirak etməyə icazə verildi


  • Offside
  • 17:33 02.03.2022
  • Oxunma sayı: 125
Rusiya və Belarusa Pekin-2022-də iştirak etməyə icazə verildi
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına icazə verib. Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Paralimpiyaçılar yarışda IPC-nin bayrağı altında çıxış edəcəklər. Onların nəticələri medal sıralamasında nəzərə alınmayacaq.
 
Beynəlxalq Paralimpiya Komitəsi yaxın zamanda Rusiya və Belarus Milli Paralimpiya Komitələrinin mümkün diskvalifikasiyası ilə bağlı təcili iclas keçirəcək. Bu iki ölkədə növbəti bildirişədək heç bir beynəlxalq yarış keçirilməyəcək.
 
Pekin paralimpiadası 4-13 martda keçiriləcək.






Offside