10 dekabr 2025. Çərşənbə

Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək


  • Offside
  • 00:55 03.03.2022
  • Oxunma sayı: 139
Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək
2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək. Corner.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub.
 
UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5-6 noyabrda gerçəkləşəcək.
 
2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub.






Offside