23 mart 2026. Bazar ertəsi

Boks millimiz bu şəxsə tapşırıldı


  • Offside
  • 10:34 03.03.2022
  • Oxunma sayı: 189
Boks millimiz bu şəxsə tapşırıldı

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətindən "Corner.az"a verilən məlumata görə, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.

Bunadək qadınlardan ibarət yığmada baş məşqçi vəzifəsini yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq.

Onun ilk sınağı 10 - 22 apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.







Offside