- Offside
- 20:59 26.11.2024
Karate üzrə 2023-cü il Avropa çempionatının ev sahibliyi hüququ Rusiyadan alınıb.
Corner.az Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Avropa Karate Federasiyasının (EKF) növbədənkənar iclasında qərar qəbul olunub.
Videokonfrans formatında keçirilmiş toplantıda WKF və EKF-ın prezidenti Antonio Espinos, həmçinin Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak edib. İclasda Ukraynadakı vəziyyət gündəmdə olub.
EKF qitə çempionatı üçün alternativ ölkə axtarır. Yarışın yeri növbəti həftələrdə açıqlanacaq.
Qeyd edək ki, daha əvvəl Karate1 Premyer Liqa turniri Rusiyadan alınıb.