26 noyabr 2024. Çərşənbə axşamı

Daha bir turnir Rusiyadan alındı


  • Offside
  • 14:33 04.03.2022
  • Oxunma sayı: 130
Daha bir turnir Rusiyadan alındı
2023-cü ildə Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan Xüsusi Olimpiya Oyunları ləğv edilib. Corner.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb. Bu qərarın verilməsinə səbəb Ukraynadakı vəziyyətdir.
 
Turnir gələn il 21-27 yanvara nəzərdə tutulmuşdu.
 
Xüsusi Olimpiya Oyunları dörd ildən bir, qış və yay idman növləri üzrə keçirilir.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.






Offside