26 noyabr 2024. Çərşənbə axşamı

Rusiya Şaxtyorun məşqçisini öldürdü


  • Offside
  • 15:09 04.03.2022
  • Oxunma sayı: 175
Rusiya Şaxtyorun məşqçisini öldürdü
Ukraynanın “Şaxtyor” klubunun futbol akademiyasının məşqçisi Rusiya tərəfindən atılan mərminin qəlpəsinə tuş gələrək həlak olub. Corner.az xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama yayıb. O, futbol ictimaiyyətinə müraciət edib: 
 
“Əməkdaşımız dünən vəfat edib. O, futbol akademiyamızın məşqçisi idi. Onu rus mərmisinin parçası öldürüb. Rusiya ukraynalıları öldürür. Bu dəliliyi dayandırın! Susmayın, danışın! Əks halda, bu, şəxsi məğlubiyyətiniz olacaq. Həm də, bütün gələcək nəsillərin yaddaşında qalacaq, dünya tarixindən silinməyəcək bir məğlubiyyət. Hər biriniz törədilmiş cinayətlərə görə təqsir və məsuliyyət daşıyacaqsız”. 
 
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər. Bu hücum dünyada kəskin etirazlara səbəb olub. 






Offside