11 oktyabr 2026. Bazar günü

FIFA prezidenti Ukraynada ölən futbolçularla bağlı başsağlığı verdi


  • Offside
  • 11:24 05.03.2022
  • Oxunma sayı: 170
FIFA prezidenti Ukraynada ölən futbolçularla bağlı başsağlığı verdi

FIFA prezidenti Canni İnfantino Ukraynda vəfat edən futbolçular - Vitali Sapilo və Dmitri Martinenko ilə bağlı başsağlığı verib.

Corner.az-ın məlumatına görə, 51 yaşlı funksioner Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkoya məktub göndərib.

İnfantino itkilərlə bağlı kədərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini və hər iki oyunçunun unudulmayacağını söyləyib.

Qeyd edək ki, Sapilo "Karpati" (Lvov), Martinenko "Qostomel" klubunda çıxış edib.







Offside