- Offside
- 20:59 26.11.2024
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola Ukraynada baş verən hadisələri şərh edib.
Corner.az "Marca"ya istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis günahsız insanların əziyyət çəkdiyini bildirib.
İspaniyalı mütəxəssis siyasətçilərin bunların qarşısını ala biləcəklərini bildirib: "Lakin onlar tam uğursuzluq yaşadıqlarından, belə hallar baş verir. NATO və Avropa ölkələri uğursuzluğa məruz qaldı".
Qeyd edək ki, fevralın 24-də Rusiya - Ukrayna müharibəsi başlayıb.